top
Azərbaycanda orta ömürlə bağlı ŞOK STATİSTİKA - Təmiz havada yaşayanlar daha tez ölür?
11 dekabr 2024, 15:39
- ↺ +

Azərbaycanda orta ömürlə bağlı ŞOK STATİSTİKA - Təmiz havada yaşayanlar daha tez ölür?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Regionlarda, əsasən də dağlıq rayonlarda yaşayan insanların daha uzunömürlü və sağlam olması danılmaz faktdır. Həmin ərazilərin təmiz havası, bulaq suyu, təbii qidalar və s. insanların sağlam və uzunömürlü olmasına səbəb olan amillərdəndir. Lakin ötən ilin müvafiq statistikası bu fikirləri alt-üst etdi.

Statistikaya görə, ötən il Azərbaycanda gözlənilən ömür uzunluğu 76 ilə bərabər olub. Ölkə üzrə gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Abşeron (82,7 il), ən aşağı isə Daşkəsən rayonu (72,3 il) hesab edilir. Əgər həqiqətən də Bakı-Abşeron ərazisində yaşayan insanlar uzunömürlülər sırasındadırsa, belə çıxır ki, burada havanın, qidalanmanın insan ömrünün uzunluğuna təsiri yoxdur. Yəni indiyə kimi bildiklərimiz doğru deyilmiş.

Maraqlıdır, görəsən qeyd olunan statistika nə dərəcədə doğrudur? İnsanın ömrünün uzun olması yaşadığı məkandan asılıdır, yoxsa stress, çətin həyat ömrün qısalmasına təsir edir?

Mövzu ilə bağlı Publika.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, insan ömrünün uzun olması sağlam mühitlə bağlıdır:

“İstənilən qəbiristanlıqda müşahidə aparmaqla bilmək olar ki, insanlar neçə yaşlarında dünyasını dəyişirlər. Azərbaycanda orta ömür müddəti 77 deyilirdi, bu il 76 olub, bu isə inandırıcı deyil. Burada çox ciddi anlaşılmazlıqlar var. Orta ömür müddətinə təsir edən bir çox faktorlar var. Məsələn, sağlam həyat tərzi, təbii qidalanma, yaşadığı iqlim, iş şəraiti, stress, ətrafdan aldığımız neqativ təsirlər və s. Şəhərlərdə daha çox şüalanma var, üstəlik səs-küy norması həddindən artıq çoxdur, beyin yorulur. Bunlar hamısı immuniteti zəiflədir. Bundan əlavə, havanın tərkibi, məsələn, şəhərlərdə oksigen səviyyəsi çox aşağıdır. Havanın tərkibində minlərlə zərərli maddələr var. Yəni qeyri-təbii olan ərazilərdə ömür müddəti yuxarı ola bilməz. Dünyanın heç bir yerində belə fakt yoxdur”.

Ekspert Bakı-Abşeron ərazisində ömür müddətinin yuxarı olmasının inandırıcı olmadığını vurğulayıb:

“Azərbaycanda həmişə ucqar dağ rayonlarında ömür müddəti yüksək olub, uzunömürlülər həmin ərazilərdə olub və bütün dünyada da belədir. Bizdə onsuz da əhalinin statistikası, yerləşməsi, demoqrafik vəziyyətlə bağlı rəqəmlər tamamilə bərbad haldadır, düzgün deyil. Çünki qeydiyyat yerində yaşamayan milyonlarla insan var. Faktiki rəqəmlərə qalsa, Bakı-Abşeron ərazisində guya iki milyon yarım adam var, real olaraq isə burada 5-6 milyon adam yaşayır. Ola bilər ki, artıq ucqar rayonlarda, dağlıq ərazilərdə yaşamaq mümkün olmadığına görə, bir çox yaşlılar ailələri ilə birlikdə köçüb gəlirlər bu zonada məskunlaşırlar. Nəticədə burada onların hesabına uzunömürlülərin sayı artır. Uzunömürlülüyün, sağlamlığın tək bir şərti var: İnsan təbii qidalanmalı və sağlam həyat tərzi keçirməlidir. Bundan başqa şərt yoxdur. Bu isə regionlarda, əsasən də havası, suyu və yaxşı şəraiti olan dağlıq rayonlarda mümkündür”.

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər