top
1918-ci ildə Quba qəzasında törədilən soyqırım haqqında
31 mart 2024, 00:05
- ↺ +

1918-ci ildə Quba qəzasında törədilən soyqırım haqqında

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1918-ci ilin martında Bakı Kommunasının rəhbəri Stepan Şaumyan bolşevik hökuməti qurmaq adı altında Quba qəzasında etnik təmizləmə həyata keçirməyi qərara alır. Həmin il mayın 1-də Hamazaspın komandanlığı altında 3 000 nəfərlik erməni silahlı birləşmələri Quba şəhərinə hücuma keçir.

Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək, hər hissədə ayrıca qərargah yaradır. Daşnak dəstələri dinc əhalini amansızlıqla öldürür, onların var-dövlətlərini talan edir. Burada qətliam 9 gün davam etmişdir.

Yerli əhali bolşevik-daşnak qüvvələrinə qarşı vuruşsa da, qüvvələr bərabər deyildi. Qusarın Caqar kəndinin sakini Hatəm ağa Cağarvi və Kuzun kəndinin sakini Möhübəli Əfəndi Kuzunvinin rəhbərliyi altında mübarizə gedirdi. Həmçinin Əli bəy Zizikski, Xaçmazın Şıxlar kəndinin bəyləri, Həmdulla Əfəndi, qonaqkəndli qaçaq Mayıl və başqaları bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişlər.

Soyqırım nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmış, 16 mindən çox insan qətlə yetirilmişdir. Quba soyqırımı, həmçinin Quba qəzasında yaşayan ləzgilərə, tatlara və digər millətlərə qarşı törədilmişdir.

2007-ci ildə Quba Stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Burada təxminən 400-dən artıq insanın qalıqları mövcud olub. Onların 50-dən çoxu uşaq, 100-dən çoxu isə qadın olub. Aşkar edilən kütləvi məzarlığın yanında Memorial Kompleks ucaldılmışdır. Kompleks 18 sentyabr 2013-cü ildə istifadəyə verilmişdir. Hazırda kompleks Quba şəhərinin Nəriman Nərimanov küçəsi, 1 A-da yerləşir.

İstinad edilən mənbələr: 


  • Müzəffər Məlikməmmədov. Qanlı dərə: 1918-ci il Quba faciəsi. Bakı-2019.

  • Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə. Solmaz Rüstəmova-Tohidi. Bakı-2013.

  • Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı-2014.

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • https://soyqirim.az/link/2500

  • https://soyqirim.az/link/2584


Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Bu gün, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Bu gün, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Bu gün, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Bu gün, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Bu gün, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Bu gün, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Bu gün, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Bu gün, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Bu gün, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Bu gün, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Bu gün, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Bu gün, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Bu gün, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Oxşar xəbərlər