Xaçmaz rayonunda yanğın baş verib. Bu haqda ShimalNews 19 avqust tarixində məlumat verir.
Hadisə Qusarçay kəndində qeydə alınıb. Ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.