Xudat şəhərində yerləşən "AZƏR-ŞƏRAB-İ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 452 min manat vergi borcu var.
Musavat.com-un məlumatına görə, şirkət uzun müddətdir vergiyə olan borcunu ödəmir.
Qanuni təmsilçisi İsmayıl Səfərov olan MMC dəfələrlə hesabatları təqdim etmədiyinə görə maliyyə sanksiyaları ilə də üzləşib.