Xaçmaz rayonunda “7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü”nə həsr olunan tədbir keçirilib. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İcra Hakimiyyətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra təbriklər səsləndirilib və mövzu ilə bağlı məlumatlar diqqətə çatdırılıb.