top
Xaçmazda DƏHŞƏTLİ HADİSƏ: Əmisi oğlu ilə arvadını yataqda tutdu, oğlanı asdı
29 noyabr 2024, 13:05
- ↺ +

Xaçmazda DƏHŞƏTLİ HADİSƏ: Əmisi oğlu ilə arvadını yataqda tutdu, oğlanı asdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda kişi arvadı ilə 19 yaşlı əmisi oğlunu yataqda tutduğu üçün ikincini asıb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Belə ki, Tural Heydərov (ad şərtidir) 1994-cü ildə Xaçmazda anadan olub. 2016-cı ildə Aytac Quliyeva (ad şərtidir) ilə ailə həyatı qurub. 2005-ci il təvəllüdlü əmisi oğlu Ramin Heydərov (ad şərtidir) onlara tez-tez gəlirmiş. Aprel 22-si səhər erkən durub evdən çıxacağı üçün arvadı ilə ayrı otaqlarda qalıblar. Tural sübh tezdən telefonun zənginə yuxudan ayılıb. Aytacın yatdığı otağa girəndə əmisi oğlu Ramini arvadı ilə bir yerdə görüb.

Bunu gördükdən sonra qonşuluqda yaşayan atası Elçin Heydərovu zəng edərək çağırıb. Atasının köməyi ilə Raminin qaçmaması üçün onun əl və ayaqlarını sintetik iplə bağlayıb 2 saat yataq otağında saxlayıblar. Bu müddət ərzində onu daimi yumruq və təpiklə döyüblər. Daha sonra əmisi oğlunun boynuna kəndirlə ip salaraq mətbəx otağında asaraq öldürüblər.

Hadisə üzrə Tural Heydərov və atası Elçin Heydərov təqsirləndirilən şəxslər qismində tutularaq məhkəməyə göndərilib.

Onlar Azərbaycan Respublikası CM-nin 120.1, 145.2.3 və 145.2.4-cü (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tural Heydərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, əmisi oğlundan heç zaman şübhələnməyib:

“Ramin qohum kimi bizə gəlib-gedirdi. Heç vaxt onda şübhəm olmayıb. Hadisə olan gün gecə Ramini arvadım Aytacla birlikdə yataq otağında tutdum. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyimə görə uşaqları tezdən narahat etməmək üçün özü qonşu otaqda tək yatdım. Telefonun səsinə oyanıb Aytacın yatdığı otağa keçəndə Ramini 2 çarpayının arasında uzanmış görüb şoka düşdüm. Atamı çağırdım. Atam gələndə onun əl-qolunu iplə bağladım. Atam Raminə heç nə etməməyimi, polisə verməyimi dedi. Atamla razılaşmadım. Mənə mane olmasın deyə atamı evdən göndərdim.

Ramin mənə dedi ki, sən öldürməsən, mən özümü öldürəcəm. Əllərini bağladığım ipi kəsərək onun boynuna bağladım. Mətbəxdə divardakı arakəsmədən onu asdım”.

Məhkəmə baxışı zamanı iş üzrə digər təqsirləndirilən Elçin Heydərov ifadəsində özünü təqsirli bildiyini deyib:

“Hadisə baş verən günü gecə saat 3-də Tural mənə zəng edərək tüfəngi və 2 patron gətirməyimi istədi. Turalın evinə gəldikdə gördüm ki, qardaşım oğlu Ramin gəlininin yataq otağında iki çarpayının arasında uzanıb. Gördüklərimdən dəhşətə gəldim və Raminə sillə vurdum. Bundan sonra Tural həyətdən ip götürüb Raminin əl-ayağını bağladı. Turala onu vurmamasını, həm Raminin, həm də gəlinin ailəsini çağırıb baş verənləri onlara danışmasını və polisə məlumat verməsini dedim. Turalın uşaqları səs-küyə oyanıb ağladıqları üçün uşaqları öz yaşadığım evə apardım. Bir az sonra Tural zəng edib Raminin özünü öldürdüyünü dedi. Belə hadisənin baş verəcəyini bilsəydim, evdən çıxıb getməzdim, bu bir ailənin faciəsidir”.

Məhkəmədə şahid qismində dindirilmiş Aytac Quliyeva deyib ki, Turalla ailə həyatı qurana qədər Raminlə heç bir münasibəti olmayıb:

“Raminlə "Whatsapp" vasitəsilə danışmışam. Ramin yazıb dedi ki, məndən xoşu gəlir. Mən də evli və uşaqlarımın olduğu üçün bu işin alınmayacağını dedim. Hadisə baş verən gecə Ramin zəng edib üz-üzə söz demək istədiyini, mənə görə bizim evə gələcəyini dedi. Raminə gəlməməsini dedim. Amma o, gecə saat 12-də bizə gəldi. Ramin mənim otağıma girdi. Ona çıxmasını dedim, çıxmadı. Dedi ki, sözümü sabah deyəcəm. Bundan sonra, Ramin otaqdakı yataqların arasında gizləndi. Gecə 2-3 arasında Turalın telefonuna zəng gəlib, bu zəngin səsinə Tural otağa daxil olub və Ramini gördü”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Tural Heydərov 11 il, atası Elçin Heydərov isə 3 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

 

 

Son xəbərlər

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
08 noyabr 2026, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
08 noyabr 2026, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

Oxşar xəbərlər