Xaçmaz rayonu ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi laboratoriya müayinələrinin nəticələrinə əsasən bildirib ki, Yalama, Nabran, İstisu və Seyidli kəndi çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Müayinələr zamanı suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılıb.