top
Xaçmaz sakini həyətində yetişdirdiyi meyvələrdən DANIŞIB
15 oktyabr 2024, 18:10
- ↺ +

Xaçmaz sakini həyətində yetişdirdiyi meyvələrdən DANIŞIB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnnab ağacının meyvələri özünəməxsus dadı, tibbi əhəmiyyəti və dekorativ görünüşü ilə seçilir. O ölkəmizə daha çox Aran iqtisadi zonasında yetişdirilir. Bundan başqa, respublikamızın bəzi rayonlarında da innaba həyətyanı sahələrində rast gəlinir.

“Azərtac”ın məlumatına görə, Xaçmaz rayonunun Nərəcan kənd sakini Füzuli Baratovun həyətində becərdiyi onillik innab ağacında hər mövsüm bol məhsul yetişir. Şimal bölgəsində hava soyuq keçsə də, innab ağacı şəraitə uyğunlaşıb.

“İbn Sinanın kitablarında oxumuşam ki, neştəryarpaq bitkilər tibbi əhəmiyyətə malik olur. İnnabın özü də, ağacının qabığı da dərmandır. İxtisasca həkim olmadığımdan bu barədə çox tövsiyə vermək istəmirəm. Amma innab meyvələri həm böyüklər, həm də uşaqlar tərəfindən çox sevilir. Özünəməxsus dadı var. İnnab Novruz xonçalarımızın bəzəyidir. Çərəz kimi də əladır. Gördüyünüz kimi, ağac da Xaçmazın havasına uyğunlaşıb. Vaxt olub ki, oktyabrda 10-12 dərəcə şaxta olub. İnnab ağacı bu soyuğa da dözüb”, -deyə Füzuli Baratov söyləyib.

İnnab meyvələrindən həkim məsləhətinə əsasən boğaz ağrısı, hipertoniya, mədə-bağırsaq və sair xəstəliklər zamanı dərman kimi istifadə edilir. Meyvəsində 30-72 faiz şəkər, C vitamini var. Süddə bişirilmiş innab öskürəyi yumşaldır. Yığılıb saxlanıldıqdan bir müddət sonra meyvəsi daha dadlı olur. Ondan şərbət də hazırlayırlar. İnnab ağacı quraqlıq yerləri sevir.

Füzuli Baratov innab ağacının meyvələrini oktyabr ayında tam yetişdikdən sonra toplayır: “İnnab ağacının meyvələrini hava quru olanda toplayacağam. Üzərində yağış, nəmlik olarsa, meyvələr qaralır. Nəvələr üçün dadlı çərəzdir. Xaçmazda bir neçə həyətdə innab ağacı var. Amma kütləvi becərilən bağlar mövcud deyil. Mən belə az becərilən meyvələri xoşlayıram. Həyətimdə zeytun da, xarici sort tut, gavalı da becərirəm”.

İnnab ağacı 200-300 il yaşayır. Əsl vətəni Çindir. Bu meyvənin 50-dən çox növü var. Hələ çox qədimdən yunanlar onu Şərqə, Qərbi Asiyaya və Afrikaya gətiriblər. Hazırda Mərkəzi Asiyada, Krımda, həmçinin Azərbaycanda da yetişdirilir. Meyvəsi xırda olur, irimeyvəli sortlar isə Çindən Azərbaycana gətirilib və yayılıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Bu gün, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
08 noyabr 2026, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
08 noyabr 2026, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Oxşar xəbərlər