24 iyul 2025-ci il saat 10:00-dan etibarən Siyəzən rayonunun Beşdam, Qarasiyəzən, Qalaşıxı və Çandahar kəndlərində, həmçinin Xaçmaz şəhərinin müəyyən hissəsində qaz təchizatı dayandırılacaq.
Shimal.News xəbər verir ki, fasilə istismarda olan qaz xətlərinin kipliyə sınaqdan keçirilməsi ilə əlaqədardır.
Bu hal Siyəzəndə 229, Xaçmazda isə 2881 abonentə təsir edəcək.
Qeyd edək ki, qaz verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.