Xəzər dənizində balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb.
ShimalNews Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, qurumun əməkdaşları Xaçmaz və Siyəzən rayonlarının akvatoriyasında qanunlara riayət etməyən Şabran rayon sakinləri Mirqurban Musayev, Alim Qəhrəmanov, Xaçmaz rayon sakini Pərviz Məmmədov və Siyəzən rayon sakini Murad Paşayevi müəyyən ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbir görülüb.