Şəkidə müəmmalı ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən "Marozlu Qoruq" ərazisində qeydə alınıb.
Kənd sakini Qaffarlı Yaşar Fehros oğlunun meyiti ağacın gövdəsinə kəndirlə bağlanmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.