Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib. Bu haqda ShimalNews 5 iyun tarixində məlumat verir.
İcra Hakimiyyətində baş tutan bu görüşdə icra başçısı Elnur Rzayev sakinləri narahat edən müraciətləri dinləyib. Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, torpaq sahəsinin sənədləşdirilməsi, eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.