Qusar Dövlət Ləzgi Dram Teatrı türk yazar Turqut Özakmanın “Adət” tamaşasını nümayiş edib. Bu haqda ShimalNews 28 mart tarixində məlumat verir.
"Qonaq Teatr" layihəsi çərçivəsində təqdim edilən əsərə Əməkdar artist, rejissor Xəzər Gəncəli quruluş verib. İkipərdəli tamaşanın rejissor assistenti Gülarə Quliyeva, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Səhnə əsərində 12 aktyor rol alıb.
Tamaşada iki ailə arasında baş verən qan davasının acı nəticələri və bu ədavətə son qoya biləcək sevgidən bəhs olunur.