Quba şəhərinin Ağamalı küçəsində yerləşən işıq dirəkləri bir müddətdir ki, enerji ilə təmin edilmədiyi üçün ərazi qaranlığa qərq olub.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, təxminən 2 il əvvəl quraşdırılan işıqlandırma son 4 aydır ki, işləmir.
"Bu yaxınlarda qoyulan işıq dirəklərinə heç kim nəzarət etmir. 50-yə yaxın evin olduğu küçədən istifadə edən piyadalar ayaqlarının altını görmürlər. Eyni zamanda, sahibsiz itlərin qaranlıqda dolaşması vəziyyəti daha da vahiməli edir.
Yalnız bizim küçədə deyil, bir çox məhəllədə bu problemlə qarşılaşırıq", - deyə sakinlər bildiriblər.