Quba rayonunun Susayqışlaq və bu istiqamətdə olan digər kəndlərə aparan yol asfaltlanarkən elektrik dirəyi yolun ortasında qalıb.
Shimal.News məlumat verir ki, dirəyə yaxınlaşanda yol ikiyə ayrılır, keçəndən sonra yenidən birləşir.
Həmin ərazidə yolun çiyin hissəsində suvarma kanalı yerləşir. Eni çox az olan bu yoldan əsasən kəndlərin sakinləri və texnikalar istifadə edir. Sürücülər bildirirlər ki, eyni zamanda ərazidəki intensiv bağlara gələn yük avtomobilləri də bu ensiz və təhlükəli yoldan istifadə etməyə məcburdurlar.
Qeyd edək ki, yolu ikiyə bölən dirək orta gərginlikli, 3 fazalı elektrik xəttini daşıyır.
View this post on Instagram