Qubanın 6 mindən çox əhalisi olan yaşayış məntəqələrinin ümumi yol dərdi var.
Bu baradə Shimal.News-a məlumat verən Cağacıq, Küçeyi, Aşağı Talabı, Xaruşa, Yuxarı Talabı və Toxmar kəndlərinin sakinləri uzun illərdir yaşadıqları çətinlikdən danışıblar:
“Bura Bakı-Quba yolu qədər işlək olduğu üçün minlərlə insan zülm çəkir. Hətta kimsə xəstələnəndə təcili tibbi yardım maşını belə həmin ünvana gəlib çıxa bilmir. Xeyli təsərrüfat sahələrimiz var, camaat məhsulunu bazarlara çıxartmaq üçün bu yoldan istifadə etmək məcburiyyətindədir. Şəraitsizlikdən bizim cavanlar burada yaşamaq istəmir və haqlı olaraq şəhərə üz tuturlar”, - deyə sakinlər bildiriblər.
Son dəfə 4 il öncə Shimal.News-a danışan sakinlər yol problemi ilə bağlı görüntüləri təqdim edərək çarəsiz qaldıqlarını bildiriblər. O vaxtdan indiyədək kəndlilərin gündəlik həyatda üzləşdikləri çətinliklər göz qabağındadır. Məsul qurumların isə şablon cavablarından başqa fəaliyyəti gözə görünmür.