Xəbər verdiyimiz kimi, Quba şəhərinin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər yaralanıb.
Yaralanan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Shimal.News-a Quba rayon Mərkəzi Xəstəxanasından məlumat verilib
Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, bir neçə qabırğanın yerdəyişmiş sınığı, başın çoxsaylı cırılmış yaraları diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.