Quba şəhəri Heydər Əliyev prospektində işıqfor artıq bir neçə gündür ki, işləmir.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, sözügedən küçə həm nəqliyyat baxımından, həm də piyada hərəkəti baxımından şəhərin ən intensiv nöqtələrindən biridir.
“Burada insan axın çox olduğu üçün sürücülər və piyadalar üçün təhlükə yaradır”.
Hazırda işıqforun niyə işləmədiyi və problemin nə zaman aradan qaldırılacağı ilə bağlı məlumat yoxdur.