Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Shimal.News xəbər verir ki, Qubadan-Zərdabi qəsəbəsinə qədər yol buzludur. Xaçmaz şəhərində səhər saatlarında demək olar ki, qar yox idi.
Sürücülər bildirirlər ki, gecə saat 12:00-dan sonra yol buz bağlayıb. Hazırda hərəkət etmək mümkündür.