top
Quba və Xaçmazda zərər çəkən fermerlərə dəstək
03 dekabr 2024, 13:51
- ↺ +

Quba və Xaçmazda zərər çəkən fermerlərə dəstək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib.

Aqrar Sığorta Fondundan Shimal.News-a verilən məlumatına görə, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.

İlk olaraq Xaçmaz rayonunda yerləşən «TREK SERVİCE ENGİNEERİNG» MMC şirkətinə badam bağına dəyən zərər üzrə 73 min 768 manat ödəniş edilib.

Rayonun Cığatay kəndində yerləşən «TREK SERVİCE ENGİNEERİNG» MMC şirkətinin badam bağına şaxtavurma nəticəsində böyük zərər dəyib. Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıb. Nəticədə badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 73 min 768 manat ödəniş həyata keçirilib. Bu indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.

Bundan başqa, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2551 manat sığorta ödəniş edilib.

Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə 15 min 420 manat ödəniş edilib. Eyni zamanda taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1546 manat ödəniş edilib.

Nəhayət, Quba rayonunda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə, kiçik təsərrüfata 4680 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Sığorta ödənişlərinin təqdim olunması mərasimində fermerlərə bildirilib ki, aqrar sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur. Bu risklərə dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır. Mövcud mexanizmə əsasən, sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş müqabilində təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.

 

 

Son xəbərlər

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
08 noyabr 2026, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
08 noyabr 2026, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

Oxşar xəbərlər