Qubada Elektron Hökumət portalında qeydiyyat və ondan istifadə qaydaları barədə təlim baş tutub. Bu barədə ShimalNews 27 sentyabr tarixində sosial şəbəkələrdə yayılan məlumata istinad edir.
Tədbir “Cəmiyyətin Davamlı İnkişafina Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə Nügədi-2 kəndində keçirilib. Buraya dəvət olunanlar arasında Xaçmaz TİM də olub.
Bu kimi təlimlərin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmə, xidmət və özəl sektorda şəffaflığın tam təmin olunmasına dəstək verilməsidir.