Quba rayonunun Alpan kəndinə gedən yolun hərəkət hissəsində sürücülər üçün təhlükə mənbəyi var.
Shimal.News-a müraciət edən sakinlər bildirirlər ki, kombayn təxminən 5 gündür yolun ortasında nasaz vəziyyətdə dayanıb.
Xüsusilə gecə saatlarında işıqlandırma və xəbərdarlıq nişanlarının olmaması səbəbindən texnikanı vaxtında görmək mümkün olmur və bu da qəza riskini artırır. Hətta indiyədək bir neçə avtomobil son anda manevr edərək texnikaya çırpılmaqdan yayına bilib.
Sakinlərin iddiasına görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, hələ də hər hansı tədbir görülməyib.