Qax rayonunun mərkəzi bazar ərazisində yerləşən kafelərdən birində ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, rayon sakini, 1970-ci il təvəllüdlü İbrahim Əşrəf oğlu Əfəndiyev kafeyə gedib spirtli içki qəbul edib və oradaca ölüb.
Araşdırmalarla məlum olub ki, Ə.Əfəndiyev spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.