top
Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
01 avqust 2025, 12:58
- ↺ +

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Shimal.News-un məlumatına görə, mətndə deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".

Son xəbərlər

Hadisə
Bu gün, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Bu gün, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Bu gün, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Bu gün, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
08 noyabr 2026, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Oxşar xəbərlər