top
Oğuz sakinlərini balta ilə qorxudan şəxs azadlıqda gəzir
05 avqust 2025, 12:46
- ↺ +

Oğuz sakinlərini balta ilə qorxudan şəxs azadlıqda gəzir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuz rayonunun Padar kəndində yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Ruslan Elbahat oğlu Səmədov yerli sakinləri qorxu içində saxlayır:

“Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gedib. Hər an birimiz cinayətin qurbanı ola bilərik”.

Qafqazinfo.az-ın məlumatına görə, vətəndaşlar bu şəxsin dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə aldığını bildiriblər. Sonra isə o, yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb:

“Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib”.

Kənd sakinləri deyir ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun sadəcə 8 ilini həbsdə keçirib:

“Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb.

İyul ayında isə yenidən eşitdik ki, həmin şəxs evindədir. Ailəsi bundan əvvəl də dəfələrlə onu evində gizlədib. Sonuncu dəfə evindən balta ilə çıxıb, sonradan bir kənddən tapılıb. Axırıncı dəfə isə Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra isə tövləni yandırıb. Buna səbəb isə həmin şəxsin Ruslanı şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti ilə o tutulub.

Biz qorxuruq ki, yenə eyni şeylər olsun. Əlində balta ilə küçələrdə gəzir, biri gözünə xoş görünmürsə, hansısa sözü ağlına qoyursa, onunla düşmən olur. Həmin şəxs hamımız üçün təhlükədir. Bir gün bizi də öldürə bilər...”

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədovun yeri müəyyən olunaraq saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.

Şikayətlə bağlı Səhiyyə Nazirliyinə də sorğu ünvanladıq. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Səmədov Ruslan Əlibala oğlu 7 dəfə xəstəxanada stasionar müalicədə olub: “Sonuncu dəfə 30.01.2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb.
Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər”.

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Bu gün, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Bu gün, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Bu gün, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Bu gün, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Bu gün, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Bu gün, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Bu gün, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
Dünən, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
Dünən, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
Dünən, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
Dünən, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
Dünən, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Dünən, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Dünən, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Dünən, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Dünən, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Dünən, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
08 noyabr 2026, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
08 noyabr 2026, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Oxşar xəbərlər