Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Qax rayonunda vətəndaşları qəbul edəcək.
Shimal.News xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata əsasən, qəbul 22 avqust 2025-ci il tarixdə saat 10:00-da baş tutacaq. Görüş zamanı Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan vətəndaşlar dinləniləcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 15 avqust 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd
olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.