Avqustun 8-i axşamdan 11-i gündüzədək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Şimal bölgəsinin İsmayıllı, Şamaxı, Qobustan, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Qəbələ, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala və digər rayonlarında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.