Milli Hidrometeorologiya Xidməti bölgəmizdə müşahidə edilən faktiki havanı açıqlayıb. Bu haqda ShimalNews 6 aprel tarixində məlumat verir.
Aprelin 5-i axşam saatlarından 6-sı səhərədək bəzi yerlərdə hava arabir yağıntılı olub. Qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda isə 1 sm olub.
Düşən yağıntının miqdarı Şahdağda 3 mm, Qusar, Quba, Qrız, Xınalıq, Xaçmazda
2 mm-dək olub.