Oktyabrın 18-i saat 10:00-a olan məlumata əsasən ölkə, ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Shimal.News Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda isə qarlı hava müşahidə olunur.
Düşən yağıntının miqdarı Şahdağda 18 mm, Qusarda 17 mm, Qubada 12 mm, Qrızda 10 mm, İsmayıllı, Şabran, Altıağac, Xaçmaz, Xınalıqda 6 mm-dək olub. Qusarda duman müşahidə olunub.