Ağsuda narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub.
Lent.az-ın məlumatına görə, polis əməkdaşları əməliyyat keçiriblər.
Nəticədə 39 yaşlı Hafiz Nuriyev saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Nuriyev barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub.