top
Güllü Eldar Tomarlı: “Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir”
21 oktyabr 2025, 10:15
- ↺ +

Güllü Eldar Tomarlı: “Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlağayı əsrlərin sınağından çıxmış nadir sənət nümunəsidir. O, xalqımızın incə zövqünü, milli kimliyini və qadın zərifliyini özündə birləşdirir.

AZƏRTAC-ın məlumatına görə, Bakıda “Kəlağayı ev-muzeyi”nin yaradıcısı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı ölkəmizdə kəlağayı sənətinin inkişafından, müasir dövrdə bu sahəyə olan maraq və diqqətdən, eyni zamanda yaratdığı muzeydə qorunub saxlanılan kəlağayıların özəlliklərindən danışıb:

“Hər mərhələdə diqqət və incəlik ön plandadır. Əvvəlcə ipəkqurdu yetişdirilir, baramadan sap alınır, sonra parça toxunur. Daha sonra rəngləmə, yuyulma, “qudulama” və rezinçəkmə prosesi gəlir. Bu mərhələlərin çoxu kişilər tərəfindən yerinə yetirilir, amma kəlağayının əsas istifadəçiləri, təbii ki, xanımlardır. Maraqlıdır ki, hər rəng ayrıca işlənilir, yəni iki eyni kəlağayını tapmaq mümkün deyil”.

Güllü Eldar Tomarlı

Güllü Eldar Tomarlı ilə müsahibə

– Müasir dövrdə gənclərin kəlağayıya marağı necədir?

– Ötən əsrlərin qadın geyimlərində kəlağayı kimi atributun meydana gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. Kəlağayılara bənzər baş örtüyündən istifadə haqqında məlumatlar eramızdan əvvəl V-VI əsrlərə aid mənbələrdə yer alır. XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayılarına Qafqaza səfər edən səyyahların əsərlərində rast gəlmək mümkündür. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda ümumdünya sərgisində iştirak edib və həmin sərgidə basqallı toxucu Nəsir Abduləzizoğlunun nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.

2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində "Kəlağayı" İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin qəsəbədə unikal interaktiv "Kəlağayı" muzeyi yaradılıb. Muzeyin təsisçisi, “Kəlağayı” kitabının müəllifi, professor Rəna İbrahimbəyovadır.

Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunub.

2014-cü il noyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib. O vaxtdan bəri kəlağayıya maraq, sevgi və hörmət daha da artıb. Məhz həmin gündən 26 noyabr - Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir. 2024-cü il ölkəmizdə ilk dəfə Kəlağayı Festivalı təşkil olunub.

Son illərdə gənclər arasında da kəlağayıya maraq artıb. Onların zövqünə uyğun olaraq rəngarəng, müasir tonlarda kəlağayılar hazırlanır. Butalı, şahbutalı, sevgilibuta, kiçikbuta, küsülü buta kimi növləri var. Gənclər bu gün daha çox rəng və fərqlilik axtarır. Amma yaşlı nəsil ənənəvi “ağ zəminli” və ya “soğanı” kəlağayılara üstünlük verir.

–Əsl kəlağayını necə tanımaq olar?

-Kəlağayıya maraq yenidən artıqdan sonra saxta kəlağayılar da meydana çıxmağa başladı. Onları biri-birindən ayırmaq o qədər də çətin deyil. Əvvəla, əsl kəlağayını etibarlı ünvandan almaq lazımdır. O, ovuca sığışır, çox yüngüldür. Dəzgahdan çıxandan sonra onun ipləri və saçaqları qalır, tikilmir. Parçanın sıxlığı, ilmənin sayı da çox vacibdir. Kəlağayı naxışı ilə deyil, parçasının keyfiyyəti ilə seçilir. Əsl kəlağayıda tikiş yeri olmamalıdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər