top
“Suyu yox, zibili axan” Samur-Abşeron kanalı
10 mart 2025, 21:41
- ↺ +

“Suyu yox, zibili axan” Samur-Abşeron kanalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suyun axarı var, deyirlər. Amma Şabran rayonu ərazisindən keçən Samur-Abşeron kanalına baxanda bu ifadə mənasını itirir.

Axan sanki su deyil, məişət tullantılarının “seriyası”dır. Şüşə qırıntıları, plastik qablar və hətta köhnə paltarlar belə, kanalın içində “üzür”.

Shimal.News məlumat verir ki, kanalın bu vəziyyəti daha çox zibillik poliqonunu xatırladır.

Ancaq fərq ondadır ki, adi zibillikdə nə gedir, orada qalır. Bəs burda? Burda isə bu "çirkab axını" Bakı şəhərinin içməli suyunun qaynağı olan Ceyranbatan su anbarına qədər yol alır.

Hər il dövlət büdcəsindən bu kanalın təmizlənməsi üçün vəsait ayrılır. Hətta bu məbləğ kifayət qədər ciddi rəqəmlərlə ölçülür. Ancaq nəticə ortadadır - kanal su ötürmək əvəzinə lil, palçıq və məişət tullantıları ilə doludur. Sanki hansısa sehrli əl bu pulları suya yox, havaya sovurur. Nəticədə, kanalda vəzifəsini yerinə yetirməyən qurumların məsuliyyətsizliyi axır.

Əvvəllər Samur-Abşeron kanalı region üçün həyat mənbəyi sayılırdı. İndi isə o, məhv olmuş bir ekosistemin abidəsinə çevrilib. Balıqların üzüb getməli olduğu bu suda indi tullantılar "üzür". Kol-kos içində itib-batan bu kanal artıq öz əsas funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Düşünmək olar ki, bu vəziyyət illərlə davam etsə, kanalın adı “Samur-Abşeron” yox, “Su qəbiristanlığı” olacaq.

Ən maraqlısı odur ki, bütün bu çirkab sonda Ceyranbatan su anbarına tökülür. Bakı sakinləri hər gün içdiyi suyun qaynağına baxıb dərindən düşünməlidir: bəs görəsən, krandan axan suyun haradan gəldiyini bilirlərmi? Əgər bilsələr, bəlkə də, bir çoxları çay içmək əvəzinə, bir stəkan qaynar suyun içində sabun çalxalayar ki, bir az təmizlənsin.
Samur-Abşeron kanalı artıq su yolu yox, rəsmi zibillik poliqonuna çevrilib.

Görəsən, bu kanalı təmizləməyə məsul olan qurumlar onun suyunu içməyə cəsarət edərlərmi? Əgər yoxsa, deməli, problem həqiqətən də böyükdür...

 

Məhəmməd Tağı

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər