Quba şəhəri Mövlud Qonaqov küçəsində əsaslı təmir işləri aparılır.
Shimal.News xəbər verir ki, ərazidə 5 saylı Yol idarəsinin canlı qüvvə və texnikası çalışır. Artıq səkilər yenilənib, bu gün asfalt qatı qazılaraq yeni örtük çəkilməsi üçün hazırlanacaq.
Sakinlər bildirir ki, yağıntılı havada buranı daim su basırdı. Nəticədə piyada və avtomobillər üçün hərəkət çətinləşirdi.
