Quba-Xaçmaz yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, qəza Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü rayonun Bağbanlı kənd sakini Taleh Malik oğlu Rüstəmov hadisə yerində ölüb.
Hazırda fakt araşdırılır.
View this post on Instagram