Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Shimal.News xəbər verir ki, yol buz bağlayıb, müvafiq qurumlar tərəfindən heç bir profilaktik tədbir görülməyib.
Hal-hazırda bölgəyə qar yağmağa başlayıb. Qubada havanın temperaturu -5, Xaçmazda isə -2 dərəcə təşkil edir.