Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Shimal.News xəbər verir ki, səhər saatlarından qar yağır və külək müşahidə olunur. Yollar artıq buz bağlayıb.
Sürücülər bildirir ki, yalnız körpünün üzərinə torpaq səpilib. Yol boyu isə müvafiq qurumlar tərəfindən heç bir profilaktik tədbir görülməyib.
Qubada havanın temperaturu -7, Xaçmazda isə -3 dərəcə təşkil edir.