Səkidə əkilmiş güllər Qubada sakinlərin gediş-gəlişinə maneə olub.
Shimal.News xəbər verir ki, Qubanın mərkəzindən Qırmızı qəsəbə istiqamətində, 223-cü atıcı diviziya küçəsində səki geniş olsa da, piyadaların rahat hərəkət etməsi mümkün deyil. Buna səbəb səkinin hərəkət hissəsində güllər və dekorativ bitkilərin əkilməsidir.
Sakinlər bu vəziyyətin ürəkaçan mənzərə yaratdığı bildirsələr də, gediş gəlişə mane olduğunu qeyd ediblər.
View this post on Instagram