top
Ölkədə arılar kütləvi şəkildə QIRILIR – Xarici alimlər Azərbaycanda
03 may 2025, 15:20
- ↺ +

Ölkədə arılar kütləvi şəkildə QIRILIR – Xarici alimlər Azərbaycanda

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyada və Azərbaycanda arıların kütləvi məhvi alimləri ciddi narahat edir.

Dünyanın müxtəlif ölkələrindən gələn arıçılıq üzrə mütəxəssislər Zaqatala və Şəkidə arı təsərrüfatlarında olub, arı ailələrindəki ölüm səbəblərini araşdırıblar.

Zaqatala Arıçılar Birliyinin sədri Mövləddin Qurbanəliyevin təşəbbüsü ilə Qazaxıstan, İsrail və Rusiyadan gələn arıçı alim və mütəxəssislər rayonda müxtəlif təsərrüfatlara baş çəkib, onların iş şəraiti və qayğıları ilə maraqlanıb.

Rusiyanın Kirov vilayətindən gələn, kənd təsərrüfatı elmləri doktoru Anna Brendorf Bizim.Media-ya açıqlamasında bildirib ki, arılar arasında yayılan xəstəlik və viruslar son illər çoxalıb:

“Kütləvi arı ölümlərinə dünyanın hər yerində rast gəlinir. Bu məsələni araşdırmaq üçün xeyli vaxt tələb olunur”.

Qazaxstanlı alim Oleq Krupskiy hesab edir ki, arıların azalması, xəstələnməsi, viruslara yoluxması ekoloji problemlərin də artması ilə nəticələnir:

“Biz arılarla nəfəs alan insanlarıq. Bu baxımdan bütün dünyada arıların artmasına təkan vermək, hətta dövlət səviyyəsində dəstək göstərmək vacibdir”.

18 ildir arıçılıq sahəsini bütün dərinliyinə qədər araşdıran, virus və xəstəliklərlə bağlı çox sayda laborator araşdırmalar aparan Viktoriya Skokker İsraildən gəlib. Bu sahədə göstərdiyi xidmətlərə görə Beynəlxalq Arıçılar İttifaqının üzvlüyünə qədər yüksələ bilib. Viktoriya xanım dünyanın 6 qitəsində arı ailələrini, onların ölüm səbəblərini araşdıran nadir alimlərdən sayılır. Onun bu səfərində əsas məqsəd də Azərbaycanda arı ailələri arasında xəstəlik və virusları araşdırıb yerli mütəxəssislərə kömək etməkdir.

Xarici mütəxəssislər Qanıx çayı vadisindəki arıçılıq təsərrüfatlarında vəziyyətlə tanış olduqdan sonra daha bir neçə istiqamətdə yerləşən arıçılıq təsərrüfatlarına baş çəkib, hər birinin problem və qayğılarını öyrəniblər.

Arıçı alimlərin ilkin rəyi ondan ibarətdir ki, ölkəmizdə bu sahənin inkişafı üçün yetərincə bitki örtüyü və hava-iqlim şəraiti mövcuddur.

Sadəcə olaraq arı növlərinin iqlimə uyğunlaşmasını, onların virus və xəstəliklərə davamlı olmasını təmin etmək üçün yollar axtarılmalı və tapılmalıdır. Bunun üçün isə ilk növbədə təcrübə mübadiləsi davam etdirilməli, vaxtaşırı görüşlər keçirilməlidir.

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər