top
Bu gün Dağıstan Əməkdar mədəniyyət xadimi və Xalq artisti, qusarlı Asəf Mehmanın doğum günüdür
18 aprel 2023, 12:30
- ↺ +

Bu gün Dağıstan Əməkdar mədəniyyət xadimi və Xalq artisti, qusarlı Asəf Mehmanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Asəf Mehman oğlu Abdullayev 18 aprel 1930-cu ildə Qusar rayonunun Əcəxur kəndində anadan olub. O, “Asəf Mehman” kimi tanınıb.

Asəf uşaqlıqdan oxumağa maraq göstərib. O, yeddinci sinifdən sonra Quba Pedaqoji texnikumuna daxil olub. Pedaqoji texnikumu bitirməmiş onu Xızı rayonuna müəllim işləməyə göndəriblər.

Asəf 1953-cü ildə hərbi xidmətə başlamışdır və həmin zaman təyyarə texniki peşəsinə yiyələnmişdir. Sonra Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd Pedaqoji Texnikumunda davam etdirmişdir. Buranı bitirəndən sonra o, indiki Şabran rayonunda müəllim kimi fəaliyyətə başlamışdır.

Asəf Mehman ilk şeirlərini Azərbaycan dilində, sonralar isə ləzgi dilində yazmağa başlamışdır. Onun şeirləri respublikanın qəzet və jurnallarında dərc olunmuşdur.

Asəf tarda ifa etməyi, mahnı oxumağı sevirdi. 1960-cı ildə Dağıstana köçəndə Asəf Mehman çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Asəf Mehmanın yazdığı və müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi “Qara gözlər”, “Yuxu” kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirmişdi. O, 200-dən artıq musiqi əsərinin müəllifidir.

1960-cı ildə yazdığı şeirlər və bəstələdiyi mahnılarla Mahaçqalaya gələrək, orada Dağıstan radiosunda işləməyə başlayıb. O, burada uzun müddət ləzgi redaksiyasında musiqi verilişlərinin redaktoru idi. Daha sonra Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin edilib. Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışıb.

Asəf Mehman “Ana ürəyi”, “Mənim vüqarım”, “40 bahar”, “Ləpələr”, “Hörmət”, “Mənsiz”, “Özüm özüm haqqında”, “Fəxr edirəm ”, “Yüz bir mahnı", "100 qəzəl” kitablarının, "Mənim Sədəfim”, “Şurşurəli", "Xanıbəy və Tsarubəy” musiqili komediyalarının və “Daş

sandıq” dramının müəllifidir.

Asəf Mehman 1979-cu ildə Dağıstanın Əməkdar mədəniyyət xadimi adına və 2010-сu ildə Dağıstanın Xalq artisi fəxri adına layiq görülmüşdür.

Asəf Mehman 2015-ci ilin iyun ayında vəfat edib.

İstinad edilən mənbələr:


Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Oxşar xəbərlər