top
Şimalın sazlı tarixi: İmperiyalar dəyişdi, aşıq ruhu qaldı
27 dekabr 2025, 12:03
- ↺ +

Şimalın sazlı tarixi: İmperiyalar dəyişdi, aşıq ruhu qaldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dəmirqapı Dərbənd "Kitabi-Dədə Qorqud"da adı çəkilən, tariximizin ən qədim şəhərlərindən biridir. Bu şəhər əsrlər boyu təkcə strateji mövqeyi ilə deyil, zəngin saz-söz ənənəsi ilə də tanınıb. 

Yazılı mənbələr XV–XVI yüzilliklərdə Dərbənddə olduqca canlı aşıq mühitinin mövcud olduğunu göstərir. XVII–XIX əsrlərdə isə Dərbənd aşıq mühiti artıq şəhər sərhədlərinə sığmır, təsir dairəsini genişləndirirdi. Bu mühit həm Azərbaycanın yaxın bölgələrində — Quba, Xaçmaz, Şəki-Zaqatala, Qax tərəflərində aşıq sənətinin inkişafına təkan verib, həm də Dağıstanın Dərbənd ətrafı ərazilərində yaşayan aşıqların ifa tərzinə güclü təsir göstərib.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Dərbənd aşıq mühiti ilə bağlı yazısında yer alıb.

XX əsrdə, xüsusən sovet onilliklərində həyata keçirilən məqsədyönlü imperiya siyasəti Dərbənd azərbaycanlılarının bir çox mədəni sərvətlərini əlindən aldı. Bir-iki kənd istisna olmaqla, saz səsi susdu. Dərbənddə coşqun aşıq məktəbinin zəifləməsi, ondan əsas yaradıcılıq impulslarını alan qonşu bölgələrdə də sazın səngiməsinə səbəb oldu. Bununla belə, Azərbaycan sazı tarixdən gələn dərin kökləri üzərində yenə də ucaltmağı bacardı. Keçdiyi çətin yolun uğur və itkilərini süzgəcdən keçirərək irəliləyişini davam etdirdi.

Mərkəzi Dərbənd mahalı olmaqla, Tabasaran və Rutul rayonlarını əhatə edən, təsir dairəsini Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrinədək uzadan bu aşıq mühiti tarixən Azərbaycan aşıq sənətinin aparıcı regional mərkəzlərindən biri sayılıb. Mühitin formalaşmasında sufi-dərviş dünyagörüşü və təkkə ocaqları mühüm rol oynayıb. Yazılı mənbələrdə XVI əsrdə yaşamış Bayat Abbasın adı xüsusi çəkilir.

Dərbənd aşıq mühitinin yetişdirdiyi tanınmış sənətkarlardan biri də XIX əsrdə yaşamış Rəcəb Ehraqlıdır. Rutul bölgəsinin Ehraq kəndindən olan bu ustad aşıq Dərbənd, Quba, Samur tərəflərində "haqq aşığı" kimi tanınıb. Gözlərinin zəif görməsi səbəbilə "kor aşıq" adlandırılan Rəcəb Ehraqlı haqqında bu günədək maraqlı rəvayət və hekayətlər dolaşmaqdadır.

Bizə gəlib çatan şeirləri onun yüksək sənətkarlıq səviyyəsini təsdiqləyir. XX əsrdə bu mühitin yetirdiyi ustadlardan biri də Soltan Seyid olmuşdur. 1925–2004-cü illərdə yaşamış aşıq, Rutul rayonunun Katrux kəndində anadan olmuş, sonralar Qubada fəaliyyət göstərmişdir. "Soltan və Qəndab" dastanının müəllifi olan Aşıq Soltan erkən yaşlarından sənətə bağlanmış, yaradıcı aşıq kimi tanınmışdır.

Dərbənd aşıqlarının ifaçılığı əsasən saz-balaban, bəzi yerlərdə isə saz-balaban-nağara müşayiəti üzərində qurulub. Mühit təkkə ənənəsinə söykəndiyi üçün hərəkətli, ritmik ifa tərzi ilə seçilir. "Dərbəndi" və "Quba Kərəmi" kimi aşıq havaları da bu bölgənin yaddaşında xüsusi yer tutur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər