Qusarda dumanlı havada baş verən qəzada yaralanan şəxslərin kimliyi məlum olub.
Shimal.News xəbər verir ki, qəza zamanı "Nissan" markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü, Əziz Əliyev, onun qızı Adel Əliyeva müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Məlumat verdiyimiz kimi, qəza zamanı həmin avtomobildə olan 11 yaşlı Ziya Əliyev həlak olub.
Faktla bağlı araşdırma davam etdirilir.