Quba rayonunun Qələdüz kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, "Hyundai" markalı minik avtomobili dərəyə aşıb. Onun sürücüsü nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Həmin şəxsə köməklik göstərilib və o, aidiyyəti üzrə təhvil verilib.