top
Azəriqaz: Yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanır
03 yanvar 2025, 12:20
- +

"Azəriqaz": Yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanır

"Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.

Shimal.News bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.

"Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - deyə İB bildirir.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
- 48 % abonent üzrə - 32 qəpik,
- 39 % abonent üzrə - 1 manat 43 qəpik,
- 13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Qərar yanvarın 2-dən qüvvəyə minib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:24

Azərbaycanda ən yaşlı icra başçısı – 79 yaşında

Bütün xəbərlər
Bu gün, 13:40

Kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək

Kriminal
Bu gün, 12:40

Narkotik satışı ilə məşğul olanlar həbs olundu

İdman
Bu gün, 11:43

"Qəbələ"nin sabiq baş məşqçisi Ukrayna klubuna qayıtdı

Bütün xəbərlər
Bu gün, 11:00

Şimalın yolları qardan təmizlənir

Hadisə
Bu gün, 10:00

Avtomobil vurdu, 6 gün sonra həyatını itirdi

Kriminal
Bu gün, 09:31

Xaçmazda silsilə oğurluq və quldurluq edən şəxsə ağır cəza

Hadisə
Bu gün, 09:20

Avtomobil maneəyə çırpıldı, sürücü öldü

Bütün xəbərlər
Dünən, 18:37

Məktəbdə şərait yox, qadağa var – Xaçmazda valideyn narazılığı

Hadisə
Dünən, 18:00

Şamaxı yolunda asfalt çökdü

İdman
Dünən, 17:24

"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi

İdman
Dünən, 16:33

Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI

Hadisə
Dünən, 15:53

Qubada yük avtomobili aşıb

Hadisə
Dünən, 15:12

Qusarda təhlükəli şou acı sonluqla bitdi: sürücü həbs olundu - VIDEO

İdman
Dünən, 13:35

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Kriminal
Dünən, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Hadisə
Dünən, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Hadisə
Dünən, 11:30

Qəbələdə yanğın olub

Hadisə
Dünən, 10:49

Qubada avtomobil aşıb - FOTO

Hadisə
Dünən, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Cəmiyyət
Dünən, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
13 yanvar 2026, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Cəmiyyət
13 yanvar 2026, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
13 yanvar 2026, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Oxşar xəbərlər