Xaçmaz rayonunun Qoçaqlı kəndinin mərkəzində təhlükəli vəziyyət yaranıb.
Shimal.News xəbər verir ki, kənd ərazisində yüksək gərginlik xəttini saxlayan dirək çürüyərək əyilib.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti quruma məlumat verilsə də, bir nəticə olmayıb. Onlar məcbur olub dirəyə ağacdan dayaq düzəldiblər. Lakin bu da əyilmənin qarşısını ala bilməyib.
"Ətrafda fərdi yaşayış evləri və dövlət müəssisələri var, hər an burada ölüm baş verə bilər, çox təhlükəlidir", - deyə sakinlər bildiriblər.