top
Rayonlarda ev almaq neçəyə başa gəlir? – Qiymətlər
Bu gün, 12:00
- +

Rayonlarda ev almaq neçəyə başa gəlir? – Qiymətlər

Rayonlarda evlərin ucuz və ya baha olması əsasən həmin rayonun iqtisadi vəziyyəti və infrastrukturundan asılıdır. Rayon nə qədər inkişaf edibsə, torpaq və tikinti xərcləri də o qədər yüksək olur. Bu da evlərin qiymətinə təsir edir.

Far.az-ın məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, zavod və fabriklərin işlədiyi, insanların daimi iş tapdığı və sosial vəziyyətin stabil olduğu rayonlarda evlər daha baha satılır. Bunun səbəbi həmin yerlərdə alıcının və tələbatın çox olmasıdır.

Qiymətlərə təsir edən digər vacib amil turizmdir. Turistlərin çox gəldiyi rayonlarda evlər təkcə yaşamaq üçün yox, həm də investisiya məqsədilə alınır. Bu da qiymətlərin artmasına səbəb olur.

Məsələn, Qəbələ və Zaqatala bu baxımdan seçilir. Lənkəran rayonu da iqlimi və turizm imkanlarına görə ətraf rayonlarla müqayisədə daha bahadır.

Quba və Qusar rayonlarında turizm sürətlə inkişaf edir və bu da evlərin qiymətlərini artırır. Son illər Şamaxı və İsmayıllıda aparılan yol, turizm və digər infrastruktur layihələri nəticəsində burada da fərdi evlərin qiyməti xeyli yüksəlib.

Ümumilikdə, turizm və iqtisadi fəaliyyətin güclü olduğu rayonlarda evlər daha baha olur. Belə yerlərdə 1 kvadratmetrin orta qiyməti təxminən 700–1000 manat arasında dəyişir.

Əksinə, iqtisadi cəhətdən zəif inkişaf etmiş, iş imkanları və infrastrukturu məhdud olan rayonlarda evlər daha ucuzdur. Bu rayonlarda 1 kvadratmetrin qiyməti orta hesabla 250–400 manat civarındadır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:06

Şəki-Oğuz avtomobil yolu buz bağlayıb - FOTO

Bütün xəbərlər
Bu gün, 12:39

Şamaxı rəsədxanasının proqnozu düz çıxdı

Bütün xəbərlər
Bu gün, 11:10

Zaqatalada qarın hündürlüyü 42 sm-ə çatdı

Bütün xəbərlər
Bu gün, 10:40

Sincanboyadda sakinlər içməli su ilə təmin OLUNDU

Bütün xəbərlər
Bu gün, 10:00

Küçədən Şəki sakininin meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 09:23

Şimalın icra başçıları hansı ixtisaslar üzrə təhsil alıblar?

Bütün xəbərlər
Bu gün, 00:38

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib – FOTO

Bütün xəbərlər
Bu gün, 00:31

Mehriban Əliyevadan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım – FOTO

Bütün xəbərlər
Bu gün, 00:01

Qanlı yanvar faciəsinin 36-cı ildönümüdür

Bütün xəbərlər
Dünən, 18:00

Cinsi azlıq nümayəndəsi qardaşı oğlunu öldürən əmi MƏHKƏMƏDƏ

Bütün xəbərlər
Dünən, 17:10

Zaqatalanın Bazar kəndi zibil içində

Bütün xəbərlər
Dünən, 16:24

Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb

Bütün xəbərlər
Dünən, 15:40

Qubanın ucqar Muçu kəndi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:51

Siyəzəndə ət satışında nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Siyəzəndə 10 küçənin içməli suyu kəsilib

Bütün xəbərlər
Dünən, 13:10

Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 12:30

Qəbələnin kəndlərinə gediş-gəliş çətinləşdi

Bütün xəbərlər
Dünən, 11:51

Ödənişli yollarda sürət həddi müəyyənləşir

Bütün xəbərlər
Dünən, 10:55

Muxax kəndində içməli su problemi ötən əsrdən davam edir - VIDEO

Bütün xəbərlər
Dünən, 10:11

Şiddətli geomaqnit qasırğası olacaq

Bütün xəbərlər
Dünən, 09:24

Quba-Xaçmaz yolu buz bağlayıb - FOTO

Bütün xəbərlər
18 yanvar 2026, 14:00

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO

Bütün xəbərlər
17 yanvar 2026, 18:30

Sabah şimalın havası necə olacaq?

Oxşar xəbərlər