Paytaxtın Nizami rayonunda küçədən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, C.Naxçıvanski küçəsi ev 73-ün qarşısında meyiti tapılan şəxsin Şəki rayon sakini, 49 yaşlı Rauf Soltan oğlu Məmmədov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırmalar rayon prokurorluğunda aparılır.