top
Şimalın icra başçıları hansı ixtisaslar üzrə təhsil alıblar?
Bu gün, 09:23
- +

Şimalın icra başçıları hansı ixtisaslar üzrə təhsil alıblar?

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Azedu.az-ın məlumatına görə, məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

Şəki-Zaqatala iqtisadi rayonuna Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ və Balakən inzibati rayonları daxildir.


Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.


Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Cuma oğlu Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.



Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olmuş, orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.

2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində "Dövlət sektorunda innovasiya", "Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər" proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa  Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası,  Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012-2016-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun doktorantı olmuşdur.

2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərmişdir.

Qəbələ rayonu İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin təhsilinə dair məlumat əldə olunmayıb. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:10

Zaqatalada qarın hündürlüyü 42 sm-ə çatdı

Bütün xəbərlər
Bu gün, 10:40

Sincanboyadda sakinlər içməli su ilə təmin OLUNDU

Bütün xəbərlər
Bu gün, 10:00

Küçədən Şəki sakininin meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 00:38

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib – FOTO

Bütün xəbərlər
Bu gün, 00:31

Mehriban Əliyevadan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım – FOTO

Bütün xəbərlər
Bu gün, 00:01

Qanlı yanvar faciəsinin 36-cı ildönümüdür

Bütün xəbərlər
Dünən, 18:00

Cinsi azlıq nümayəndəsi qardaşı oğlunu öldürən əmi MƏHKƏMƏDƏ

Bütün xəbərlər
Dünən, 17:10

Zaqatalanın Bazar kəndi zibil içində

Bütün xəbərlər
Dünən, 16:24

Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb

Bütün xəbərlər
Dünən, 15:40

Qubanın ucqar Muçu kəndi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:51

Siyəzəndə ət satışında nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Siyəzəndə 10 küçənin içməli suyu kəsilib

Bütün xəbərlər
Dünən, 13:10

Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 12:30

Qəbələnin kəndlərinə gediş-gəliş çətinləşdi

Bütün xəbərlər
Dünən, 11:51

Ödənişli yollarda sürət həddi müəyyənləşir

Bütün xəbərlər
Dünən, 10:55

Muxax kəndində içməli su problemi ötən əsrdən davam edir - VIDEO

Bütün xəbərlər
Dünən, 10:11

Şiddətli geomaqnit qasırğası olacaq

Bütün xəbərlər
Dünən, 09:24

Quba-Xaçmaz yolu buz bağlayıb - FOTO

Bütün xəbərlər
18 yanvar 2026, 14:00

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO

Bütün xəbərlər
17 yanvar 2026, 18:30

Sabah şimalın havası necə olacaq?

Bütün xəbərlər
17 yanvar 2026, 17:40

20 yaşlı qız dəm qazından zəhərləndi

Bütün xəbərlər
17 yanvar 2026, 17:00

Padarın keçilməz yolları

Bütün xəbərlər
17 yanvar 2026, 16:20

Onlara 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ

Oxşar xəbərlər