Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Shimal.News xəbər verir ki, Barlı qəsəbəsi ərazisində yolun səthi buz bağlayıb. Müvafiq qurumlar tərəfindən profilaktik tədbirlər görülməyib.
Sürücülər bildirirlər ki, avtomobillərin sürəti 30-40 km/saat təşkil edir.
Dünən axşam saatlarından başlayaraq güclü qar yağıb. Hazırda havanın temperaturu -2 dərəcə təşkil edir.