Yeni mövsümə hazırlıq çərçivəsində "Şahdağ Qusar" futbol komandası ilk yoxlama oyununa çıxacaq.
Shimal.News xəbər verir ki, Qusar təmsilçisi "Şimal" FK ilə üz-üzə gələcək. Qarşılaşma 17 yanvar 2026-cı il tarixində, saat 13:00-da ACF-nin təlim-məşq bazasında keçiriləcək.
Sizin fikrinizcə, bu qarşılaşmada hansı komanda qalib gələcək?