top
Qubalı cərrahın ad günüdür
06 dekabr 2025, 17:00
- +

Qubalı cərrahın ad günüdür

Quba Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Gəray Qurbanovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Shimal.News-un məlumatına görə, Gəray Qurbanov artıq 35 ildir ki, xəstəxanada həkim-cərrah kimi fəaliyyət göstərir və bu müddət ərzində yüzlərlə insanın sağlamlığına qovuşmasına töhfə verib. 

O, xəstəxana rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Gəray Mirzəhməd oğlu Qurbanov 1965-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub.
1983-1989-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-Profilaktika fakültəsində təhsil alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.

1989-1990-cı illərdə Bakı şəhəri 3 nömrəli Klinik Xəstəxanada (hazırkı Sabunçu Tibb Mərkəzi) ümumi cərrahiyyə üzrə internatura keçib.

1990-cı ildə Quba Rayon Mərkəzi Xəstəxanasına təyinat alıb. 1990-1992-ci illərdə Quba Rayonlararası Onkoloji Dispanserində həkim-onkoloq kimi çalışıb. 1992-1993-cü illərdə Qonaqkənd qəsəbə xəstəxanasında həkim-cərrah və baş həkim, 1994-1999-cu illərdə isə Rustov kənd sahə xəstəxanasının baş həkimi olub.

1999-2008-ci illərdə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərən G.Qurbanov 2008-ci ildən bu günə qədər həmin şöbənin müdiri vəzifəsində çalışır.

O, 15 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

Son xəbərlər

Cəmiyyət
Dünən, 20:00

Ramazan ayının 13-cü gününün imsak, iftar və namaz vaxtları

Hadisə
Dünən, 18:00

Qanunsuz ov edənlər cərimələndi

Kriminal
Dünən, 17:15

Qusarda kişiyə hədə-qorxu gələn qadın həbs olundu

İdman
Dünən, 16:00

"Quba"nın futbolçusu mükafatlandırıldı

Faydalı
Dünən, 15:05

Həyat mənbəyi Oğuz-Qəbələ-Bakı su kəməri

Hadisə
Dünən, 14:10

Qadın ərinin pullarını xərclədi, "evə basqın olub" dedi

Hadisə
Dünən, 13:40

Avtomobil kanala aşdı, sürücü ölüb

Hadisə
Dünən, 12:49

Quba-Bakı avtobusu velosipedçini vurdu - FOTO

İdman
Dünən, 12:40

Şəkidə yeniyetmə və gənc voleybolçular üçün seçim prosesi keçirilib

Hadisə
Dünən, 11:43

10-cu sinif şagirdinin meyiti tapıldı

Cəmiyyət
Dünən, 10:46

Şəkidə qarın hündürlüyü 33 sm-dir

Cəmiyyət
Dünən, 10:03

Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir

Hadisə
Dünən, 09:16

Dəm qazı can aldı

Cəmiyyət
01 mart 2026, 20:00

Ramazan ayının 12-ci gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
28 fevral 2026, 20:00

Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
28 fevral 2026, 18:00

Qubada səkiləri qar "zəbt etdi"

İdman
28 fevral 2026, 17:10

Qar da "Qəbələ"yə mane ola bilmədi

Cəmiyyət
28 fevral 2026, 16:10

Xınalıq yolu BAĞLANDI

Hadisə
28 fevral 2026, 15:10

"Bu şəxslərə 1000 manat ödəniləcək" deyən şəxs həbs olundu

Cəmiyyət
28 fevral 2026, 14:10

Şimala yağan qar fəsadlara yol açdı

Cəmiyyət
28 fevral 2026, 13:10

Quba məktəbində müəllim və şagirdlərin qar sevinci

Siyasət
28 fevral 2026, 12:17

XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin

Siyasət
28 fevral 2026, 12:12

XİN Azərbaycan vətəndaşlarını İranı tərk etməyə və ora səfər etməməyə çağırıb

Hadisə
28 fevral 2026, 11:54

61 yaşlı qadını avtomobil vurdu

Oxşar xəbərlər